Georgi Mamardaşvili karyerasını İngiltərədə davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, gürcüstanlı qolkiperlə "Liverpul" yaxından maraqlanır.

Mersisaydlılar qapıçını transfer edərək icarəyə vermək istəyir. Mamardaşvili kirayə göndərilmək prosesindən razıdır.

Qeyd edək ki, gürcüstanlının dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.