"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Kevin De Bruynenin komandadakı gələcəyi haqda danışıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis iddiaların doğru olmadığını qeyd edib:

"Kevin komandadan ayrılmayacaq. Son günlər bu haqda iddalar səslənir, lakin 90 % ehtimalla o aramızda qalacaq".

Xatırladaq ki, onun Səudiyyə Ərəbistanının "Əl İttihad" klubuna keçəcəyinə dair iddialar səslənirdi.