"Vilyarreal"ın qapıçısı Filip Yorgensen karyerasını İngiltərədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, onun xidmətində "Çelsi" maraqlıdır.
Qeyd olunur ki, futbolçu özü də Premyer Liqa klubuna keçmək istəyir.
Xatırladaq ki, londonlular "Real"ın qolkiperi Andrey Lunyovu heyətinə qatmaqda israrlıdır. Bu plan baş tutmayacağı halda, komanda Yorgensen üçün hərəkətə keçəcək.
22 yaşlı danimarkalı 2017-ci ildən adıçəkilən komandanın formasını geyinir.