"Mançester Siti"nin hücumçusu Julian Alvares karyerasını İspaniyada davam etdirə bilər.

Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, onunla "Atletiko" maraqlanır.

Məlumata görə, Alvares yetərincə əsas heyətdə yer almadığı üçün komandadan ayrılmaq niyyətindədir.

O, 2022-ci ilin yayından "şəhərlilər"in heyətində çıxış edir. Bu müddət ərzində hücumçu 103 oyunda 36 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

24 yaşlı futbolçunun Premyer Liqa klubu ilə müqaviləsi 2028-ci ilin yanına qədərdir.