Yay transferi pəncərəsi dövründə “Lester”in heyətinə cəlb etdiyi, lakin indiyə qədər rəsmi oyunlarda iştirak etməyən Çağlar Söyüncünün oynamamasının səbəbi məlum olub.
Offsideplus.az “Leicester Mercury”ə istinadən xəbər verir ki, “tülkülər”ın baş məşqçisi Klod Pyuel, məşqlərdə özünü yaxşı tərəfdən göstərən türkiyəli futbolçunun oynamamasının səbəbini ingiliscə bilməməsi ilə əlaqələndirib:
“Çağların əlaqə qurmaqla bağlı problemləri var. Hələ ingilis dilini tam öyrənə bilməyib. Sözləri düzgün seçməyə başladığı zaman ona şans verəcəm. Forma geyinmək üçün tamamilə hazırdır. İngilis dili məsələsini həll etdiyi təqdirdə, heyətdə özünə yer edən futbolçu olacaq. Klub bu məsələdə onun üçün əlindən gələni edir”.
Bu yay Almaniyanin “Frayburq” klubundan 21 milyon avro müqabilində transfer olunan türkiyəli müdafiəçi ilə 5 illik müqavilə bağlanıb.