"Mançester Siti"nin qapıçısı Ederson komandadan ayrıla bilər.
Offsideplus.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları qolkiperin xidmətində maraqlıdır.
Qeyd olunub ki, braziliyalı ayrılmaq istəyərsə, "şəhərlilər" buna mane olmayacaq.
Edersonun Premyer Liqa klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi var.