"Tottenhem" 62 milyona aldığı futbolçu ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi Tanqi Ndombele ilə müqaviləyə qarşılıqlı anlaşma əsasında xitam verib. 

Qeyd edək ki, "mahmızlar" Ndombeleni 62 milyon avroya transfer etmişdi. Oyunçu 91 matça çıxıb, 10 qol və 9 assistə imza atıb.