Cud Bellinqemin qardaşı Avropa klublarının hədəfindədir.

Offsideplus.az xəbər verir ki, "Sanderlend" klubunda çıxış edən Cob Bellinqem "Kristal Pelas" klubunun maraq dairəsindədir. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. 

Klub rəsmiləri futbolçunu razı salmağa çalışır. 

Qeyd edək ki, ingiltərəli oyunçu ilə "Brentford" və "Borussiya Dortmund" klubları da maraqlanır.