İngiltərənin "Çelsi" klubu azarkeşlərinə jest edəcək.

Offsideplus.az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi dekabrın 24-də, Milad bayramı ərəfəsində, İngiltərə Premyer Liqasının “Vulverhempton”la oyununa qədər klubun azarkeşləri üçün pulsuz avtobus səfəri təşkil etmək qərarına gəlib.

Bu barədə London klubu rəsmi saytında məlumat yayıb.