İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Evening Standart"a istinadla xəbər verir ki, London təmsilçisi ABŞ "Nyu York"unun sol cinah vingeri Julian Hollu sıralarına qatacaq.

"Zadəganlar" 15 yaşlı futbolçunu yanvarda heyətinə cəlb edəcək.

Qeyd edək ki, "Çelsi" Holl uğrunda mübarizədə "Mançester Yunayted", "Mançester Siti" və "Real" kimi klubları qabaqlayıb.