"Mançester Siti" Premyer Liqada "Nottingem Forest"i 2:0 hesabı ilə məğlub edib.

Offsideplus.az   xəbər verir ki Matçın 47-ci dəqiqəsində qırmızı vərəqə alan Rodri karyerasında bir ilk yaşadı. İspan futbolçu peşəkar karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə alıb.

Təcrübəli futbolçu iki həftə sonra keçiriləcək "Arsenal" matçını buraxacaq.

Premyer Liqanın 6-cı həftəsində lider "Mançester Siti" "Notinham Forest"i 2:0 hesabı ilə məğlub edərək, yoluna itkisiz davam edir. Liqada keçirdiyi bütün matçlarda qalib gələn "Siti" xallarını 18-ə çatdırıb.