"Mançester Yunayted" klubu “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliyanı transfer etməyə çalışır.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubu Gürcüstan millisinin futbolçusunu almaq üçün iddialı təklif hazırlayıb. A Seriyası təmsilçisi Xviça Kvaratsxeliya üçün 80 milyon avro dəyərində pul tələb edir.

Məlumata görə, MY bu məbləği ödəməyə hazırdır.