İngiltərənin "Arsenal" klubu futbolçusu Nikolya Pepe ilə yolları ayırıb.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı hücumçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Klub Fildişi Sahili millisinin üzvünü 2019-cu ildə "Lill"dən 80 milyon avroya almışdı.O, "Arsenal"ın heyətində bütün yarışlarda 111 oyuna çıxıb.

Daha əvvəl Pepenin karyerasını Türkiyənin "Trabzonspor" klubunda davam etdirəcəyi barədə xəbərlər yayılıb.