“Yuventus” klubunun hücumçusu Duşan Vlahoviç “Çelsi”yə keçməyəcək.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi Turin klubuna keçəcəyi gözlənilən Romelu Lukakunun gedişindən sonra yaranacaq boşluğu Vlahoviçlə doldurmaq barədə düşünmürlər.

Serbiyalı hücumçu 2022/23 mövsümündə “qoca sinyora”nın heyətində bütün turnirlər daxil olmaqla 42 oyuna çıxıb, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.