"Bavariya" klubu Harri Keynin "Tottenhem"dən transferini bitirib.
Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi "Tottenhem" klubu ilə razılıq əldə edib. Bu barədə "The Athletic" nəşri məlumat yayıb. "Bavariya" ingilis hücumçu üçün London klubuna 100 milyon avro ödəniş edəcək. Harri yeni klubunda illik 29 milyon avro qazanacaq.
Qeyd edək ki, Keynin "Tottenhem" ilə sözləşməsinin müddəti 2024-cü ilin yayında başa çatırdı. Futbolçu mövsümün əvvəlindən transfer məsələsinin həll olunması üçün kluba müraciət etmişdi.