Harri Keyn bu yay "Tottenhem"i tərk edə bilər.
Offsideplus.az xəbər verir ki, ingiltərəli hücumçunu "Bavariya" klubu heyətinə qatmaq istəyir. Bu barədə "Daily Mail" məlumat yayıb. Münhen təmsilçisi Keyn üçün 87 milyon avro (75 milyon funt sterlinq) xərcləməyə hazırdır. Klub rəsmiləri arasında görüş keçiriləcək.
Bu transfer baş tutarsa, "Bavariya" tarixinin ən bahalı transferi olacaq. Klubda rekord keçid "Atletiko"dan 80 milyon avroya transfer etdikləri Lukas Hernandes olub.