İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Barselona"nın sağ cinah vingeri Rafinyanı sıralarına qatmaq üçün hərəkətə keçib.

Məlumata görə, "şəhərlilər" 26 yaşlı braziliyalını komandadan ayrılacağı gözlənilən Riyad Mahrezə əvəzləyici olaraq görür.

Rafinyanın "Barselona" ilə 2027-ci ilədək müqaviləsi var.