İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "The Telegraph"a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Atalanta"nın mərkəz hücumçusu Rasmus Hoylund üçün yenidən təklif göndərəcək.
Məlumata görə, "qırmızı şeytanlar" 20 yaşlı danimarkalı forvard üçün 50 milyon avroluq təklif yollayacaq.
Bildirək ki, Hoylundun "Atalanta" ilə 2027-ci ilədək müqaviləsi var.