"Tottenhem" Pedro Porronu birbaşa heyətinə qatıb. 

Offsideplus.az xəbər verir ki, London təmsilçisi ispan müdafiəçini "Sportinq"dən transfer edib. Ötən mövsümü "Tottenhem"də keçirən oyunçunun müqaviləsində birbaşa transfer şərti işə düşüb. 

İngiltərə klubu Pedro üçün "Sportinq"ə 40 milyon avro ödəyib.