"Mançester Yunayted" "Feyenoord"un qapıçısı Castin Beylo ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb. "Qırmızı şeytanlar" mümkün transferlə bağlı Niderland klubu ilə əlaqə saxlayıb.  Bildirilir ki, klub 25 yaşlı qapıçı ilə yollarını ayırmaq istəmir.

MY üçün qapı mövqeyinin problemli olaraq qaldığı qeyd edilir. Premyer Liqa təmsilçisinin David de Xea ilə yeni müqaviləni razılaşdıracağı istisna edilmir. Xəbərdə  "Yunayted"in "İnter"dən Andre Onanla da maraqlandığı vurğulanıb.

Qeyd edək ki, "Feyenoord" ötən mövsüm Niderland çempionu olub.  Niderland millisinin üzvü də olan Beylo geridə qalan mövsüm bütün yarışlarda 34 oyuna çıxıb.

Fəqan İbrahimli