İngiltərənin "Tottenhem" klubu futbolçusu Harri Uinksi satıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını "Lester"də davam etdirəcək. Onunla 3 illik müqavilə imzalanıb. Daha əvvəl "Tottenhem"in transfer üçün 10 milyon funt-sterlinq alacağı bildirilirdi.

Qeyd edək ki, Uinks 2014-cü ildə “Tottenhem” də debüt edib və əsas komandada 203 oyuna çıxıb.