"Mançester Siti" yeni transferə hazırlaşır. 

Offsideplus.az ESPN-ə istinadən xəbər verir ki, Pep Qvardiola  2023-24 sezonu üçün "Çelsi"nin futbolçusu Mateo Kovaçiçin transferini istəyib. Keçidin "Siti"yə 40 milyon avroya başa gələcəyi bildirilir.

Qeyd edək ki, "Çelsi" xorvatiyalı yarımmüdafiəçini 2019-20 mövsümünün əvvəlində 45 milyon avroya transfer etmişdi. Kovaçiç cari mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 2 qol və 2 assistlə yadda qalıb.

 

Günay Xəlil