"Mançester Siti" ilə müqaviləsinin müddəti başa çatandan sonra Pep Qvardiolanın komandadan gedəcəyi ilə bağlı xəbər vermişdik. 

Offsideplus.az xəbər verir ki, "ESPN" nəşri ispaniyalı mütəxəssisin karyerasını milli komandada davam etdirmək ehtimalının olduğunu bildirib. Milli komandalar arasında ABŞ və Braziya yığmalarının adları hallanır.

Qeyd edək ki, "şəhərlilər"lə ilk dəfə Çempionlar Liqasını qazanan Qvardiolanın sözləşməsinin müddəti 2025-ci ildə bitəcək. Klub rəhbərliyi gələn yay baş məşqçiyə yeni müqavilə təklifi irəli sürəcək. Qvardiola getmək istəsə, klub bu qərara hörmətlə yanaşacaq.

 

Günay Xəlil