"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola iş yerini dəyişə bilər.
Offsideplus.az xəbər verir ki, təcrübəli çalışdırıcı ABŞ-nin MLS Liqasında mübarizə aparan "Nyu York Siti"yə keçməyə hazırlaşır.
Bu barədə məlumatı tanınmış amerikalı insayder Tuellman yayıb. İddiaya görə, 52 yaşlı ispaniyalı mütəxəssis qarşıdakı aylarda okeanın o tərəfinə üz tuta bilər.
MS ilə son mövsüm trebl edən Qvardiola artıq "şəhərlilər"dən ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, o, 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Qvardiolanın Premyer Liqa təmsilçisi ilə 2025-ci ilədək müqaviləsi var.