İngiltərə Premyer Liqasını tərk edəcək son iki komanda  məlum olub.

 Offsideplus.az xəbər verir ki, sonuncu - 38-ci turda "Lester" (34 xal) "Vest Hem"i (2:1) məğlub etsə də, bu qələbə meydan sahiblərinə bəs etməyib və 2015/16 mövsümündə sürpriz şəkildə İPL-da çempion olan kollektiv Çempionşipə düşüb.

Xatırladaq ki, "Lester" 2014/15 mövsümündən Premyer Liqada çıxış edirdi.

Digər komanda isə öz meydanında "Tottenhem"ə (4:1) uduzan "Lids Yunayted"dir (31 xal) . Sözügedən kollektiv 3 il sonra yenidən Çempionşipə yuvarlanıb.