Türkiyə millisinin üzvü Orkun Kökçünün çıxış etdiyi "Feyenoord"un baş məşqçisi Arne Slotun adı "Tottenhem"lə hallanır. 

 Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Klub və hollandiyalı mütəxəssis arasında danışıqlar davam edir. 

Slot, Luis Enrike və Amorim London təmsilçisində baş məşqçi vəzifəsinə əsas namizədlərdir. 

Qeyd edək ki, Antonio Kontenin gedişindən sonra komandanın baş məşqçi vəzifəsinə müvəqqəti olaarq Rayan Meyson təyin olunub. 

 

Günay Xəlil