"Mançester Siti" klubu "Borussiya"nın futbolçusu Cud Bellinqem üçün tələb olunan məbləği ödəməyə hazırdır.
Offsideplus.az xəbər verir ki, bu barədə "Telegraph" məlumat yayıb. "Şəhərlilər" ingiltərəli yarımmüdafiəçi üçün 110 milyon funt sterlinq xərcləyə bilər.
Qeyd edək ki, futbolçu ilə "Liverpul", "Real" kimi klublar da yaxından maraqlanırdı.