"Çelsi" "Leyptsiq"in futbolçusu Kristofer Nkunkunun keçidini həll edib.

 Offsideplus.az xəbər verir ki, London klubu fransalı hücümçu ilə dekabr ayında müqavilə imzalayıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Mənbəyə görə, "zadəganlar" bu keçid üçün Bundesliqa təmsilçisinə 60 milyon avro ödəyəcək. Müqavilənin müddəti ilə bağlı informasiya verilməsə də, sözləşmənin 2023-cü ilin iyulun 1-dən qüvvəyə minəcəyi vurğulanıb.

Qeyd edək ki, 25 yaşlı oyunçunun "Leyptsiq"lə müqaviləsi 2026-cı ilin yayına qədərdi.