"Mançester Yunayted"in futbolçusu Kazemiro 4 oyunluq cəzaya məruz qalacaq.

Offsideplus.az xəbər verir ki, "Sauthempton"la Premyer Liqa matçında qırmızı vərəqə alan yarımmüdafiəçi bu mövsüm ikinci dəfə meydandan qovulduğu üçün ağır cəza alacaq.

Xatırladaq ki, Kazemiro  "Sauthempton"la oyunun (0:0) 34-cü dəqiqəsində kobud oyuna görə meydandan qovulub.