"Mançester Siti"nin futbolçusu Erlinq Haaland klub tarixində yeni rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı hücumçu buna Premyer Liqanın 25-ci turunda "Bornmut"la görüşdə fərqlənməklə nail olub. Nəticədə norveçli forvard 2022/23 mövsümündə "şəhərlilər"in heyətində Premyer Liqada vurduğu qolların sayını 27-yə çatdırıb.

 O, bu nəticə ilə klub tarixində bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna yiyələnib.

Xatırladaq ki, əvvəlki rekord 2014/15 mövsümündə  26 qol vuran Serxio Aqueroya məxsus idi. 

Qeyd edək ki, Haaland 2022-ci ilin yayından "Mançester Siti"də çıxış edir.