Dünyaca məşhur futbol meneceri Rafaela Pimenta maraqlı açıqlaması ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, İspaniyanın AS qəzetinə müsahibə verən Pimenta Erlinq Haalandla bağlı danışarkən onun qiyməti barədə səsləndirdiyi fikirlər mətbuatın gündəminə çevrilib.
O bildirib ki, hazırda "Mançester Siti"nin norveçli forvardının qiymətinin 1 milyard avrodur. 22 yaşlı "vikinq"i transfer etmək istəyən klub bu qədər vəsaitindən keçməlidir.
Pimenta gənc hücumçunun qarşıdakı illərdə "Real"a keçə biləcəyini də iddia edib.