Türkiyə millisi və "Lester"in futbolçusu Çağlar Söyüncü karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçiyə "Aston Villa" (İngiltərə) və "Roma" (İtaliya) kimi klublardan təklif gəlsə də, imtina edib. Türk ulduz yanvar ayında "Atletiko" ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Söyüncünün "Lester"lə sözləşməsinin müddəti 2023-cü ilin yayında başa çatacağı üçün "matrasçılar" sərbəstqalma məbləği ödəməli olacaq.