"Mançester Siti" klubunun norveçli hücumçusu Erlinq Haalandın müqaviləsində İngiltərə təmsilçisindən Madrid "Real"ına keçməyə icazə verən bənd var.
Offsideplus.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Mətbu orqanın iddiasına görə, 22 yaşlı forvard 2024-cü ildə "şəhərlilər"i "kral klubu"na dəyişə bilər. Haaland müqavilə imzalayarkən "Mançester Siti"nin rəhbərliyi ilə bu barədə razılığa gəlib.