"Napoli"nin bu yay "Fənərbağça"dan transfer etdiyi Kim Min Ce İngiltərənin "Mançester Yunayted" klubunun hədəfindədir.
Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, A Seriyasında keçirdiyi son 6 matçda 2 qol vuran 25 yaşlı müdafiəçi İtaliyada sentyabr ayının oyunçusu seçilib. "Mançester Yunayted"in futbolçu ilə yaxından maraqlandığı bildirilir. Klub rəhbərliyi cənubi koreyalı oyunçu üçün 2023-cü ildə aktivləşəcək 50 milyon avro olan sərbəst qalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, Kim Min Ceni mövsümün əvvəlində 18 milyon avro qarşılığında "Fənərbağça"dan "Napoli"yə transfer olunmuşdu.