PSV-nin futbolçusu Kodi Qapko "Mançester Yunayted"in əsas transfer hədəflərindən biridir.

Offsideplus.az "Forbes"ə istinadən xəbər verir ki, İngiltərə klubu 23 yaşlı hücumçunu Kriştiano Ronaldo gələn yay komandadan ayrıldıqdan sonra əsas əvəzedicisi olaraq düşünür. "Qırmızı şeytanlar" niderlandlı futbolçunu bu yay transfer etmək istəsə də, Antoni üçün "Ayaks"a xərclənən böyük məbləğdən sonra bu, mümkün olmayıb. 

Qeyd edək ki, Kodi Qakpo cari mövsüm 10 qol və 9 assistə imza atıb. PSV ilə müqaviləsi 2026-cı ildə başa çatan Kodinin satış qiyməti 35 milyon avrodur.