"Mançester Siti" və İngiltərə millisinin üzvü Rahim Sterlinq klubdan getdiyini rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi öz sosial şəbəkələrində bu məsələ ilə bağlı belə yazıb:
"Mən bu komandaya 20 yaşında gəlmişəm. Bu gün mən bir ailədən ayrılıram".
Qeyd edək ki, 27 yaşlı futbolçu 2015-ci ildən Mançester təmsilçisində çıxış edirdi. Sterlinqin "Çelsi"yə keçəcəyi gözlənilir.