Türkiyəli iş adamı Acun İlicalının sahibi olduğu "Hall Siti" heyətini daha bir türk futbolçu ilə gücləndirib.

 Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Çempionşip təmsilçisi "Antalyaspor"dan 23 yaşlı vinger Doğukan Siniki transfer edib.

Qeyd edək ki, "Hall Siti" daha əvvəl "Fənərbağça"dan Allahyar və Ozan Tufanı heyətinə qatmışdı.