"Real"ın futbolçusu Marko Asensio karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

 Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, "Nyukasl" 26 yaşlı vinger üçün Madrid klubuna 25 milyon avro verməyə hazırdır. Hələ ki İspaniya tərəfi bu barədə heç bir qərar verməyib.

Qeyd edək ki, İspaniya millisinin üzvü 2015-ci ildən "kral klubu"nda çıxış edir.