"Mançester Yunayted" "Ayaks"ın futbolçusu Jurrien Timberi heyətinə qatmaq istəyir.

 Offsideplus.az "Metro"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Erik ten Haq 21 yaşlı oyunçunu komandasında görmək istəyir. Lakin niderlandlı yarımmüdafiəçi sabiq çalışdırıcısı ilə işləmək niyyətində deyil.

Onun Amsterdam təmsilçisi ilə sözləşməsi 2024-də başa çatır.

Qeyd edək ki, Timber bu sezon "Ayaks" formasıyla 43 matçda 3 qol və 2 məhsuldar ötürmə edib.