"Arsenal" "Yuventus"un futbolçusu Artur Melonu transfer edəcək.

 Offsideplus.az "Calciomercato"ya istindən xəbər verir ki, "topçular" 25 yaşlı braziliyalı yarımmüdafiəçi üçün Turin klubuyla danışıqlara başlayıb. İtaliyanlar bu keçid üçün qarşı tərəfdən 46 milyon avro istəyir. 

Melonun "qoca sonyora" ilə sözləşməsi 2025-də başa çatır.

Qeyd edək ki, braziliyalı oyunçu 2020-ci ildə 76 milyon avroya "Barselona"dan "Yuventus"a keçib.