"Barselona"nın futbolçusu Usman Dembele karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

 Offsideplus.az xəbər verir ki, 25 yaşlı fransalı oyunçunu "Çelsi" azad agent kimi heyətinə qatmaq istəyir. Bu barədə türkiyəli jurnalist Ekrem Konur "tvitter" hesabında məlumat verib.

Bildirək ki, onun Kataloniya klubu ilə sözləşməsi iyunun 30-u başa çatır.

Qeyd edək ki, Dembele 2017-ci ildən "Barsa" forması geyinir.