"Liverpul" heyətini ulduz futbolçu ilə gücləndirəcək.
Offsideplus.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Mersisayd klubu "Roma"nın 22 yaşlı istedadlı orta sahə oyunçusu Nikolo Zanyolonu transfer edəcək. Onun paytaxt təmsilçilçisi ilə sözləşməsi 2024-də başa çatır.
"Canavarlar" yarımmüdafiəçini 65 milyonda aşağı qiymətə satmayacaq.
Qeyd edək ki, 2018-ci ildən "Roma"da çıxış edən Zanyolo bu mövsüm 37 matçda 7 qol və 8 məhsuldar ötürmə edib.




