Növbəti mövsümdən "Mançester Siti" forması geyinəcək Erlinq Haalandın qazanacağı pul bəlli olub.
Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, 21 yaşlı norveçli ulduz həftəlik 585 min avro maaş alacaq. O, həmçinin ən çox qazanan iki futbolçu - Kriştiano Ronaldo və Kevin de Brüyneni arxada qoyacaq.
Qeyd edək ki, Haaland 2020-ci ilin yanvarında şərəfini qoruduğu "Borussiya"dan bu yay ayrılacaq.