"Liverpul"un futbolçusu Sadio Mane karyerasını Almaniyada davam etdirəcək.

 Offsideplus.az "Daily Mail"ə istiandən xəbər verir ki, 30 yaşlı seneqallı hücumçu "Bavariya" ilə danışıqlara başlayıb. Münhen klubunun idman direktoru Hasan Salihamidziç oyunçunun meneceri ilə İspaniyanın Malyorka şəhərində görüşüb keçirib. Onun "mersisaydlılar"la müqaviləsi 2023-də başa çatır.

Qeyd edək ki, Mane bu mövsüm 47 matçda 21 qol və 4 məhsuldar ötürmə edib.