"Mançester Yunayted" futbolçusu Bruno Fernandeslə müqaviləni uzadacaq.

 Offsideplus.az "The Telegraph"a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçiyə 5 illik yeni müqavilə təklif olunub. O, yeni şərtlərdə həftəlik 240 min funt-sterlinq qazanacaq.

Portuqaliya millisinin üzvü həm də "qırmızı şeytanlar"da ən çox qazanan futbolçular sırasında yer alacaq. Hazırda Kriştiano Ronaldo həftəlik 510 min funt-sterlinqlə bu siyahıya rəhbərlik edir.