"Çelsi"nin futbolçusu  Antonio Rüdiger komandadan ayrılacaq.

Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, 29 yaşlı alman müdafiəçi mövsümün sonunda başa çatacaq  olan sözləşməsini yenilməyəcək və "zadəganlar"ı tərk edəcək.

Qeyd edək ki, Rüdigerlə bir sıra məşhur klublar yaxından maraqlanır.

Xatırladaq ki, o, 2017-ci ildən London klubunun şərəfini qoruyur.