"Çelsi" Türkiyə millisinin və "Lester"in futbolçusu Çağlar Söyüncünü heyətinə qatmaq istəyir.
Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, London rəhbərliyi yayda Antonio Rudiger, Sesar Aspilikueta və Andreas Kristensenin komandadan ayrılacağını göz önünə alaraq, 25 yaşlı müdafiəçini transfer etmək niyyətindədir. Lakin "tülkülər"in rəhbərliyi bu barədə hər hansı bir açıqlama verməyib.
Qeyd edək ki, Çağlar Söyüncü bu mövsüm 30 matçda 1 qol vurub.