"Everton"un futbolçusu Yerri Mina sıradan çıxıb.

 Offsideplus.az xəbər verir ki, 27 yaşlı müdafiəçi 24-cü turda "Nyukasl"la keçirilən matçda zədələnib. Bu barədə Mersisayd təmsilçisinin çalışdırıcısı Frank Lampard deyib. O,kolumbiyalı oyunçunun ən azı aprel ayının sonuna qədər yaşıl meydanalara qayıtmayacağını vurğulayıb.

Qeyd edək ki, Mina bu mövsüm "Everton"la 11 matçda meydana çıxıb.