“Brentford” klubunun baş məşqçisi Tomas Frank koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, testi pozitiv çıxan mütəxəssis karantinə alınıb. O, ölkə kuboku çərçivəsində keçiriləcək “Everton”la oyunda komandasının yanında ola bilməyəcək. 

Qeyd edək ki, “Everton” - “Brentford” matçı fevralın 5-də keçiriləcək.