"Mançester Yunayted" "Barselona" forması geyinən Ronald Arauxonu transfer etmək niyyətindədir.

 Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" 22 yaşlı uruqvaylı müdafiəçini yaxından izləyir. Artıq Premyer Liqa təmsilçisinin rəsmiləri adıçəkilən oyunçu üçün Kataloniya klubuyla danışıqlara başlayıb.

Qeyd edək ki, 2018-ci ildən "Barselona"da top qovan Arauxonun müqaviləsi 2023-də yekunlaşır.